"Tottenhem"i iranlı milyarder alır - MƏBLƏĞ

"Tottenhem"i iranlı milyarder alır - MƏBLƏĞ

"Tottenhem" klubu sahibini dəyişmək ərəfəsindədir.

Fanat.Az xəbər verir ki, bu iddianı “Financial Times” yayıb.

Mənbənin məlumatına görə, İran əsilli amerikalı maqnat Yam Nəcəfi Hotspur klubuna görə 3,5 milyard avroluq təklif paketi təqdim etməyə hazırlaşır.

"Tottenhem"in sahibi Daniel Liv bir müddət əvvəl klubu satmaq niyyətində olmadığını bildirsə də, "MSP Sports Capital"ın prezidenti və NBA-ya sponsorluq edən "Phoenix Suns"un ortaq sahibi Nəcəfini fikrindən döndərmir.

61 yaşlı milyarder klubun dəyərinə görə 2,8 milyard avro verir, qalan 700 milyon avro isə borcların ödənilməsi üçün nəzərdə tutulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər