Bu gün İngilltərə Premyer Liqasının III turu çərçivəsində "Tottenhem" öz meydanında "Vulverhempton"u qəbul edib.
Fanat.Az xəbər verir ki, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə sona çatıb. Oyunda yeganə qolu 64-cü dıqiqədə İvan Perişiçin ötürməsindən sonra Harri Keyn vurub.
Beləliklə "Tottenhem" ev oyunlarında vurduğu qolların sayını 1000-ə çatdırıb.
London təmsilçisi bu qollardan 812-ni Uayt Hart Leyndə, 65-ni Uembli də, 123-nü isə hazırki Tottenhem Hotspur Stadionunda vurub.
Emin