"Tottenhem"də yeni qapıçı

"Tottenhem"də yeni qapıçı

"Tottenhem" yeni qapıçı alıb.

Fanat.Az xəbər verir ki, London təmsilçisi "Empoli"dən Qulyelmo Vikarionu transfer edib.

Bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. İtaliyadan olan qapıçı ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.

"Tottenhem" bu transfer üçün İtaliya klubuna 19 milyon avro ödəyib. 

Vikario daha öncə "Udineze", "Kalyari" və "Peruca"da da çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər