"Tottenhem"in sol cinah müdafiəçisi Ben Devis klubu ilə müqavilə yeniləyib.
Fanat.Az Hotspur təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, uelsli futbolçunun yeni anlaşmasının müddəti 2025-ci ilə qədərdir.
Qeyd edək ki, Devis "Tottenhem"ə 2014-cü ildə "Suonsi Siti"dən transfer olunub. Ötən mövsüm klubunun forması ilə 29 oyun keçirən Ben 1 qol və eyni sayda məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat