Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Mançester Siti”yə qalib gələn (1:0) "Tottenhem” ağır itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın 56-cı dəqiqəsində xəsarət alaraq meydanı tərk edən 25 yaşlı hücumçunun durumu kifayət qədər ciddidi. Bu barədə London klubunun baş məşqçisi Maurisio Poçettino məlumat verib.
Baş məşqçi bildirib ki, Keyn mövsümün sonunadək oyanamaya bilər: "Onun topuğu burxulub. Görək hadisələr necə davam edəcək”.
Fanat.Az