"Tottenhem"in baş məşqçisi Antonio Konte bu qış hücum xəttini İsveç millisinin üzvü ilə gücləndirmək istəyir.
Fanat.Az xəbər verir ki, bu iddia ilə İtaliyanın gündəlik "La Gazzetta dello Sport" nəşri çıxış edib.
Qəzetin məlumatına görə, Hotspur klubu "Yuventus"un cinah hücumçusu Deyan Kulusevskini sıralarına qatmağa hazırlaşır.
Turinlilərlə 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulan müqaviləyə əsasən, İsveç millisinin üzvünün yanvar ayında çıxış vauçeri olacaq.
"Yubentus" rəhbərlərinin stokholmlu futbolçu üçün 35 milyon avro başlanğıc qiyməti təyin etdiyi bildirilir. Həm də "Arsenal"ın diqqət mərkəzində olan hücumçu bu mövsüm "Qoca Sinyora"nın heyətində 21 oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib.
Mirağa