"Tottenhem" yeni futbolçu transfer edib.
Fanat.Az Hotspur klubunun saytına istinadən xəbər verir ki, bu, "Midlsbro"nun 21 yaşlı müdafiəçisi Ced Spensdir.
Arxa xətt oyunçusu müddəti 2027-ci ilin yayına qədər olan müqaviləyə imza atıb. Transferin "Tottenhem"ə hansı məbləğə başa gəldiyi açıqlanmayıb.
Qeyd edək ki, Spens son mövsümü icarə əsasında "Nottingem Forest"də keçirib. O, "qırmızılar"ın forması ilə çıxdığı 46 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat