"Tottenhem" Lamelanı verib Hili aldı - RƏSMİ

"Tottenhem" Lamelanı verib Hili aldı - RƏSMİ
"Sevilya" və "Tottenhem Hotspur" klubları öz aralarında futbolçu mübadiləsini tamamlayıb. Yarımmüdafiəçi Brayan Hil (Bryan Gil) London klubuna keçib. 20 yaşlı futbolçu ilə müddəti 2026-cı ildə başa çatacaq müqavilə imzalanıb. Əvəzində 29 yaşlı argentinalı - Erik Lamela (Eric Lamela) "Sevilya"ya yollanıb.
Fanat.Az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, Hil İspaniya yığmasının heyətində qatıldığı Tokio 2020-dən sonra "Tottenhem"in düşərgəsinə gələcək.
Qeyd edək ki, ötən mövsüm ispaniyalı vinger icarə əsasında "Eybar"da top qovub. O, İspaniya Primyerasında keçirdiyi 30 oyunda 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər