"Tottenhem" İtaliya klubunun iki müdafiəçisini istəyir

"Tottenhem" İtaliya klubunun iki müdafiəçisini istəyir

İngiltərənin "Tottenhem" klubu bu yay İtaliyanın A Seriyası təmsilçilərindən olan "Torino"nun iki müdafiəçisini transfer etmək istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttosport" yayıb.

Mənbə hotspurluların baş məşqçisi Antonio Kontenin müdafiədəki problemləri yoluna qoymaq üçün bu futbolçuların alınmasını vacib saydığını vurğulayıb.

Xəbərə görə, "Tottenhem" braziliyalı Bremer və Fil Dişi Sahilindən olan Sinqo üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 25 yaşlı Bremerin Turin klubu ilə olan müqaviləsinin müddəti 2024-cü, 21 yaşlı Sinqonunku isə 2023-cü ilin iyununa qədərdir.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər