"Tottenhem Hotspur" agentinalı yarımmüdafiəçisi Covani Lo Çelsoya görə "Vilyarreal"dan aldığı 15 milyonluq təklifi geri çevirib.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, İngiltərə təmsilçisinin idarəçiləri Lo Çelsonu satmağın əleyhinə olmasalar da, bu məbləğ onları qane etməyib.
Qeyd edək ki, 26 yaşlı Lo Çelso son mövsümü icarə əsasında "Vilyarreal"da keçirib. Primera təmsilçisinin forması ilə ümumilikdə 41 matça çıxan cənubi amerikalı 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat