"Tottenhem" Eriksenin qiymətini müəyyənləşdirdi

"Tottenhem" Eriksenin qiymətini müəyyənləşdirdi
"Tottenhem" rəhbərliyi komandadan ayrılmaq istəyən Kristian Eriksenin yekun qiymətini müəyyənləşdirib.
Fanat.Az "The Times"ə istinadən xəbər verir ki, London klubu danimarkalı futbolçuya 113 milyon avro qiymət qoyub. 27 yaşlı futbolçunu "Real", "Yuventus" və "İnter" heyətinə qatmaq istəyir. 113 milyon avronu gətirən klub onu transfer edə biləcək.
Qeyd edək ki, "Tottenhem" Erikseni 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 85 milyon avro qiymət qoyub. Yarımmüdafiəçi ötən mövsüm oynadığı 51 matçda 10 qol vurub və 17 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər