"Tottenhem" müdafiə xəttini Danimarka millisinin üzvü ilə gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, "The Times" Hotpur təmsilçisinin "Sauthempton"un üzvü Yannik Vesterqoru heyətinə qatmaq üçün klubuyla danışıqlara başladığını açıqlayıb.
"Sauthempton"la olan müqaviləsinin müddəti 1 il sonra başa çatacaq oyunçunun 18 milyon funta (21 milyon avro) satılacağı bildirilib.
Qeyd edək ki, Vesterqor "Sauthempton"a 2018-ci ildə Mönhenqladbax "Borussiya"sından keçib. O, daha öncə "Verder" və "Hoffenhaym" kimi Almaniya klublarının uğurları üçün də çalışıb.
Atilla