"Tottenhem" bu məbləğə razı olmasa, "Real Madrid" Keyndən vaz keçəcək

"Tottenhem" bu məbləğə razı olmasa, "Real Madrid" Keyndən vaz keçəcək

"Real Madrid" "Tottenhem"in ulduz hücumçusu Harri Keyn üçün yekun təklif hazırlayır.

Fanat.Az xəbər verir ki, informasiyanı AS nəşri yayıb.

Xəbərə görə, "Kral klubu" Hotspur təmsilçisinə İngiltərə yığmasının forvardı üçün 100 milyon avrodan çox ödəmək fikrində deyil və bu məbləğ qarşı tərəfi qane etməsə, İspaniya nəhəngi transferdən vaz keçəcək.

2022/2023 mövsümündə "Tottenhem" forması ilə bütün turnirlərdə 49 matça çıxan Keyn 32 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Hotspur klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər