"Tottenhem" bu iki məşqçidən birinə tapşırılacaq

"Tottenhem" bu iki məşqçidən birinə tapşırılacaq

"Tottenhem" baş məşqçi postuna iki əsas namizədi müəyyənləşdirib. 

Fanat.Az “The Telegraph”a istinadən xəbər verir ki, hotspurluların qısa siyahısında Luis Enrike və Arne Slot var.

Daha əvvəl almaniyalı mütəxəssis Yulian Nagelsmanın da vakant postunu tuta biləcəyi bildirilsə də, razılaşma baş tutmayıb.

Bu mövsümün sonuna kimi isə komandaya Rayan Meyson rəhbərlik edəcək.

Enrike hazırda işsiz statusundadır. O, 2022-ci il dünya çempionatı başa çatdıqdan sonra İspaniya millisindən ayrılıb. Slota gəlincə, o, Niderlandın “Feyenoord” klubunun baş məşqçisidir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər