"Tottenhem" baş məşqçisini qovdu - RƏSMİ

"Tottenhem" baş məşqçisini qovdu - RƏSMİ

"Tottenhem" rəhbərliyi baş məşqçisi Nunu Eşpiritu Santunu (Nuno Espirito Santo) istefaya göndərib.

Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə təmsilçisinin rəsmi saytı yayıb.

Komandanın icraçı direktoru Fabio Paratiçi bildirib ki, "Nunonun və onun məşqçilər heyətinin uğur qazanmaq istədiklərini bilirəm və bu qərarı verməli olduğumuz üçün təəssüflənirəm. Nuno əsl centlmendir və həmişə burda xoş qarşılanacaq. Ona və məşqçilər korpusuna təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq”.

Xatırladaq ki, "Tottenhem" 10 turdan sonra 15 xalla 8-ci pillədə qərarlaşıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər