"Tottenhem" "Barselona"nın futbolçusunu alır - 50 milyon avro

"Tottenhem" "Barselona"nın futbolçusunu alır - 50 milyon avro
Bu yay qalmaqallı şəkildə "Bordo"dan "Barselona"ya transfer olunan Malkom İspaniyada özünü göstərə bilmədi. Baş məşqçi Ernesto Valverde onu mövsümün əvvəlidən cəmi 2 La Liqa oyununda 25 dəqiqə oynamaq şansı verib.
Fanat.Az xəbər verir ki, bu futbolçunun transferi üçün 41 milyon avro xərcləyən "Barselona" rəhbərliyi həmin pulu geri qaytarmaq niyyətindədi. Sport.es-in xəbərinə görə, artıq Malkoma müştəri də tapılıb. Belə ki, "Tottenhem" 21 yaşlı braziliyalı forvard üçün 50 milyon avro təklif edir.
Qeyd edək ki, "Bordo" əvvəlcə Malkomun transferində "Roma" ilə razılaşsa da, sonradan onu daha çox pul verən "Barselona"ya satmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər