Bu gün "Tottenhem" Antonio Konteni (Antonio Conte) yeni baş məşqçisi olaraq elan edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Saymon Stoun məlumat yayıb.
Xəbərə görə, artıq tərəflər arasında razılaşma əldə olunub. Konte komandanı 4 noyabr tarixində Konfrans Liqasının "Vites" ilə oyununa çıxaracaq.
Qeyd edək ki, İngiltərə təmsilçisi ötən gün baş məşqçisi Nunu Eşpiritu Santunu (Nuno Espirito Santo) istefaya göndərdiyini açıqlayıb.
Röya