TFF UEFA-ya “Beşiktaş”ın stadionunu təklif etdi

TFF UEFA-ya “Beşiktaş”ın stadionunu təklif etdi

Türkiyə Futbol Federasiyası (TFF) 2026-cı ildə Avropa Liqası, 2027-ci ildə isə Avropa Konfrans Liqasının final oyunu üçün namizədliyini verdikləri stadionun adını açıqlayıb.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, TFF-nin İdarə Heyətinin qərarına əsasən, UEFA-ya "Beşiktaş Park Stadion"un adı göndərilib.

Avropa futbol qurumunun sözügedən final qarşılaşmaları ilə bağlı yekun qərarı 2024-cü ilin mayında baş tutacaq iclasda bəlli olacaq.

Namizədliyi irəli sürülən arena "Beşiktaş" klubuna məxsusdur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər