Tərəflər razılaşdı, Vinisius PSV-yə keçir

Tərəflər razılaşdı, Vinisius PSV-yə keçir

"Benfika"nın hücumçusu Karlos Vinisius Niderlandın PSV klubuna keçəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı niderlandlı insayder Rik Elfrink şəxsi "Twitter" hesabında yayıb.

Mənbə tərəflərin bütün detallarla bağlı razılığa gəldiyini, transferin yaxın günlərdə açıqlanacağını vurğulayıb.

Daha öncə Rusiyanın "Zenit" klubunun Vinisiusu "Olimpik Lion"a keçməyə yaxın olan Sərdar Azmunun əvəzləyicisi qismində transfer edəcəyi bildirilmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər