İran çempionatında 25-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı iki təmsilçisindən biri - "Maşinsazi” də növbəti görüşünə çıxıb.
Təbrizlilər səfərdə "Zobahan”ı 2:1 hesabıyla yenib.
Xatırladaq ki, Təbrizin daha məşhur komandası - "Traktor” bu tur doğma meydanda "Sepahan”la üz-üzə gələcək.
"Traktor” hazırda 41 xalla 16 kollektiv arasında 4-cü, "Maşinsazi” isə 27 xalla 10-cudu.
Fanat.Az