Tarixdə bu gün: Əlamətdar olaylar

Tarixdə bu gün: Əlamətdar olaylar

Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 31 avqust idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:  

PSV abreviaturasının meydana gəlməsi

Tarixdə bu gün: Əlamətdar olaylar

1910-cu ildə Niderlandın tanınmış "PHILIPS" şirkəti yalnız öz işçilərindən ibarət futbol komandası yaratmağa qərar verir. 1913-cü il avqustun 31-i komanda rəhbərləri Napoleonun ordusu üzərində qələbənin 100 illiyini qeyd edərkən klubun adını "Philips Sport Vereniging", qısaca PSV olaraq qeydiyyatdan keçirir.

Pepe Reyna (Pepe Reina)

1982-ci il avqustun 31-i ispaniyalı qapıçı Xose Manuel Reyna Paez dünyaya göz açıb.

Reyna "Barselona" klubunun yetirməsidir. Futbolçu karyerası ərzində "Liverpul", "Bayern", "Napoli", "Milan" kimi klublarda forma geyinib.

Tarixdə bu gün: Əlamətdar olaylarŞəkildə: Viktor Valdes və Pepe Reyna

Futbolçunun nəaliyyətlərini təqim edirik:

Dünya Çempionu (2010), 2 qat Avropa çempionu (2008, 2012), gümüş (2013) və bürünc (2009) Konfederasiyalar Kubokunun mükafatçısı, Çempionlar Liqasının ikincisi (2007), 2 dəfə Intertoto Kubokunun qalibi (2003, 2004), UEFA Super Kubokunun qalibi (2005), İngiltərə Kubokunun və Superkubokunun qalibi (2006), İngiltərə Liqa Kubokunun qalibi (2012), İtaliya Kubokunun qalibi (2014), Almaniya çempionu (2015), gənclər arasında Avropa çempionatının qalibi (1999), İngiltərə Premyer Liqasının 3 dəfə ən yaxşı qapıçısı (2005/06, 2006/07, 2007/08).

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər