Superliqa: İstanbul derbisi "quru sülh"lə bitdi

Superliqa: İstanbul derbisi "quru sülh"lə bitdi
Türkiyə Superliqasında 26-cı turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, bu gün daha üç görüş reallaşıb.
 
Lider "Trabzonspor” doğma meydanda "Başakşəhər”lə qarşılaşıb. Tərəflərin dueli qollu heç-heçə ilə bitib.
 
Tur İstanbul derbisinə səhnə olub. Azarkeşsiz keçirilən oyunda "Qalatasaray” "Beşiktaş”ı yenə bilməyib. Birinci dövrədəki 0:1 hesablı yenilginin əvəzini çıxa bilməyən "aslanlar" qolsu bərabərliklə kifayətlənib.
 
Türkiyə Super Liqası
26-cı tur
 
13 mart
 
Kasımpaşa – Göztəpə 2:0
Qol: Koita, 2; 90+2.
 
Ankaragücü – Rizəspor 2:1
Qol: B.Albayrak, 17-öz qapısına. Q.Rodriqes, 22 – Qarmaş, 45+1.
 
14 mart
 
Dənizlispor – Gənclərbirliyi 1:0
Qol: Rodalleqa, 54.
 
Alanyaspor – Qaziantep 1:0
Qol: Koker, 42.
 
Konyaspor – Fənərbaxça 1:0
Qol: Bayiç, 41.
 
15 mart
 
Kayserispor – Yeni Malatyaspor 2:1
Qol: Mesanoviç, 22. P.Enrike, 42 – Kyartansson, 70.
 
Trabzonspor – Başakşəhər 1:1
Qol: Şkrtel, 63-öz qapısına – D.Ba, 56.
 
Qalatasaray – Beşiktaş 0:0
 
16 mart
 
21:00 Antalyaspor – Sivasspor
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər