Super Liqa: İstanbul derbisində 4 qol vuruldu

Super Liqa: İstanbul derbisində 4 qol vuruldu

Futbol üzrə Türkiyə Super Liqasında 17-ci tur başa çatıb. 

Fanat.Az xəbər verir ki, son oyun günündə dörd görüş reallaşıb.   “Kayserispor” - “Qaziantep” matçı başladığı hesabla da bitib. “Rizəspor” “Yeni Malatyaspor”u tək qolla üstələyib. “Göztəpə” isə evdə “Fatih Karagümrük”ə uduzub.   Turun mərkəzi qarşılaşmasında “Fənərbağça” “Beşiktaş”ı qəbul edib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

Türkiyə Super Liqası

XVII tur

19 dekabr

Rizəspor – Yeni Malatyaspor 1:0 Qol: Hümmet, 79.   Kayserispor – Qaziantep 0:0   Göztəpə – Fatih Karagümrük 0:1 Qol: Erkin, 76.   Fənərbağça – Beşiktaş 2:2 Qollar: Özil, 14-pen. Berişa, 30 – Jozef, 25; 59.

18 dekabr

Kasımpaşa – Sivasspor 1:3 Qollar: Kamara, 43-öz qapısına – Fajr, 50. Yatabare, 76; 81.

Trabzonspor – Hatayspor 2:0 Qollar: Djanini, 24. Kornelius, 38.

Konyaspor – Antalyaspor 1:0 Qol: E.Çekici, 90+2.

Qalatasaray – Başakşəhər 1:1 Qollar: M.Məhəmməd, 87 – Okaka, 20.

Alanyaspor – Adana Dəmirspor 1:3 Qollar: Dyedyu, 30 – Varqas, 26. Balotelli, 43. Byarnason, 51.  

17 dekabr

Girəsunspor – Altay 3:1 Qollar: Süleymanov, 31. Balde, 61. Diabate, 72 – Poko, 81.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər