Super Liqa: "Fənərbağça" qol yağdırdı

Super Liqa: "Fənərbağça" qol yağdırdı

Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, bu gün daha dörd görüş reallaşıb.

“Başakşehir” - “Fatih Karagümrük” qarşılaşması "quru sülh"lə yekunlaşıb. 5 qolun qeydə alındığı “Trabzonspor” - “Qaziantep” matçında meydan sahibləri əzmkar qələbəyə sevinib. “Sivasspor” səfərdə “Ankaragücü”yə yenilib. “Fənərbağça” isə “Alanyaspor”u 5 cavabsız qolla üstələyib.

7 turdan sonra 16 xala malik “Adana Dəmirspor”la “Qalatasaray” şərikli liderdirlər. “Başakşəhər”, “Beşiktaş” və “Konyaspor”un hesabında isə 14 xal var. “Fənərbaxça” ilə “Trabzonspor” da 13 xal toplayıb.  

Super Liqa

VII tur

 

18 sentyabr

Başakşehir – Fatih Karagümrük 0:0

Trabzonspor – Qaziantep 3:2 Qollar: Trezeqe, 14. Bakasetas, 42-pen. Bartra, 90+8 – Maksim, 2. Markoviç, 9.

Ankaragücü – Sivasspor 2:1 Qollar: Beridze, 2. Sou, 44 – Njie, 48.

Fənərbağça – Alanyaspor 5:0 Qollar: Rossi, 5. Henrike, 17. Krespo, 45+4. Valensiya, 70. Kahveci, 76.

17 sentyabr

Ümraniyəspor – Kasımpaşa 1:2 Qollar: Mrşiç, 90+9 – Hadrqyonay, 36. Bahoken, 83.

Antalyaspor – Adana Dəmirspor 0:3 Qollar: Belhanda, 1. Qulbrandsen, 75. Assombalonqa, 84.

İstanbulspor – Beşiktaş 2:2 Qollar: Destanoğlu, 26-öz qapısına, Yaşar, 86 – Nkudu, 8. Veqhorst, 39.

16 sentyabr

Qalatasaray – Konyaspor 2:1 Qollar:  S.Oliveyra, 1. Kalvo, 82-öz qapısına – E.Çekici, 15.

Hatayspor – Kayserispor 0:4 Qollar:  Mensah, 5-pen. Kardozo, 44. Bertolaççi 87. Qavranoviç, 90-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər