Super Liqa: “Fənərbağça” evdə xal itirdi

Super Liqa: “Fənərbağça” evdə xal itirdi

Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Girəsunspor” - “Başakşəhər” və “Antalyaspor” - “Sivasspor” görüşləri qonaqların qələbəsiylə yekunlaşıb.

“Fənərbaxça” isə evdə “İstanbulspor”la üz-üzə gəlib. Altı qolluq oyunda qalib müəyyənləşməyib.

Hazırda 70 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 64 xalla ikinci, “Beşiktaş” 62 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor”un 57, “Başakşəhər”in 48, “Trabzonspor” və “Kayserispor”un 45 xalı var.

Türkiyə Super Liqası 31-ci tur 22 aprel

Ümraniyəspor – Beşiktaş 0:2 Qol: Redmond, 25. Abubakar, 71.

23 aprel

Kasımpaşa – Konyaspor 1:2 Qol: Fall, 13 – Kalvo, 30. M.Diuf, 45+6.

Adana Dəmirspor – Kayserispor 5:3 Qol: Ndiaye, 7; 27. Belhanda, 32. Y.Sarı, 45+6. Onyekuru, 52-pen – Tiam, 24; 30; 45+4.

Qalatasaray – Fatih Karagümrük 3:3 Qol: K.Aktürkoğlu, 3. S.Oliveyra, 45+1-pen. Boy, 80 – Diaqne, 18. Borini, 26; 30.

24 aprel

Girəsunspor – Başakşəhər 2:4 Qol: Sayns, 63; 90 – Yanuzay, 16; 35. Fiqeyredo, 25; 45+2.

Antalyaspor – Sivasspor 1:2 Qol: Larsson, 49 – Yatabare, 4. Qradel, 22.

Fənərbağça – İstanbulspor 3:3 Qol: A.Güler, 25; 51. J.Pedro, 71 – Ethemi, 57-pen; 66. Eze, 90+6.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər