"Sumqayıt"la oyuna qələbə üçün çıxacağıq" - "Turan Tovuz"un braziliyalısı

"Sumqayıt"la oyuna qələbə üçün çıxacağıq" - "Turan Tovuz"un braziliyalısı

Misli Premyer Liqasının XXII turunda evdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edən "Turan Tovuz" turnir cədvəlindəki vəziyyətini xeyli yaxşılaşdırdı. 

"Boz qurdlar"ın ilk qolunun müəllifi Aleks Souza oyundan sonra Fanat.Az-ın əməkdaşının suallarını cavablandırdı: 

- "Turan Tovuz"un heyətində ikinci qolunu vurdun. Öncə oyun və qolla bağlı təəssüratlarını bölüşərdin...

- Yolumuza davam etməli, addım-addım irəliləməliyik. Gözəl qələbə və vacib 3 xal qazandıq. Bunun ardını gətirməliyik. Allaha da şükürlər olsun ki, mənə qol vurmaq şansı verdi.

- Növbəti turda "Sumqayıt"la səfər oyununuz var. Həmin qarşılaşmadan nə gözləyirsən? 

- Təbii ki, meydana qələbə üçün çıxacağıq. "Sumqayıt"la oyuna ciddi hazırlaşmalıyıq.

- "Qələbə" üzərindəki qələbədən sonra ilk "üçlüy"ə də yaxınlaşmış oldunuz. Avrokubok şansınızı necə dəyərləndirirsən?

- İlk "üçlüy"ə yaxınlaşa bildiyimiz üçün çox şadam. Çalışıb bunun davamını gətirməliyik. Biz bir ailə kimi olanda bütün maneələrin öhdəsindən gələ bilirik. Bu mənada bizə bu ailə ab-havasını yaradan azarkeşlərə, xüsisilə "Ultra Turan"a təşəkkür edirik.

- Süni ot örtüyündə oynamaq oyununa nə dərəcədə mənfi təsir göstərir?

- Əlbəttə, təsir edir və çox istərdim ki, bizim oyunlarımız da təbii meydançada keçirilsin. Amma indi halda süni qazonda oynadığımız üçün süni örtükdə məşq edirik ki, bu örtüyə öyrəşə bilək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər