"Sumqayıt"ın qış planları bilindi - AÇIQLAMA

"Sumqayıt"ın qış planları bilindi - AÇIQLAMA

Uğurlu mövsüm keçirən "Sumqayıt"ın qış planları məlum olub.

Klubun mətbuat sözçüsü Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, "Gənclik şəhəri" təmsilçisi fasilə dönəmində Türkiyəyə təlim-məşq toplanışına yollanacaq:

"Yanvarın 6-da Antalyaya gedəcəyik, hazırlıq prosesi ayın 17-nə qədər davam edəcək. Toplanış çərçivəsində 3 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblər hələ bəlli deyil. Oyun günləri yanvarın 8-i, 12-si və 16-na planlaşdırılır. Komanda Antalyada "Konkord" otelində məskunlaşacaq".

Qeyd edək ki, "Sumqayıt" 15 turdan sonra 23 xalla 3-4-cü yerləri bölüşdürür. Samir Abasovun baş məşqçisi olduğu kollektiv 16-cı tur çərçivəsində bu gün lider "Qarabağ"la qarşılaşacaq. Oyun saat 19:30-da start götürəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər