“Sumqayıt”ın 25-ci qələbəsi

“Sumqayıt”ın 25-ci qələbəsi

“Sumqayıt” Azərbaycan çempionatlarında 25-ci qələbəsini qazanıb. Fanat.az xəbər verir ki, yubiley Topaz Premyer Liqasının XXXI turunun “Simurq”la qarşılaşmasına (1:0) təsadüf edib. 

Zaqatala təmsilçisi ilə oyunlarda ilk dəfə qapısını toxunulmaz saxlayan sumqayıtlılar mövsümdə 5-ci, tarixində 25-ci dəfə 3 xal qazanıb. Bu qələbələrdən 19-u ev, 6-sı səfər matçına təsadüf edib. “Gənclik şəhəri” təmsilçisi 2011/12 mövsümündə 6, 2012/13 mövsümündə 9, ötən çempionatda isə 6 dəfə qalib gəlmişdi. 

“Sumqayıt”ın Premyer Liqada keçirdiyi 127 oyunda 25 qələbə ilə yanaşı, 33 heç-heçəsi və 69 məğlubiyyəti var. Bu matçlarda 107 qol vuran komanda 199 top buraxıb.

Qeyd edək ki, sumqayıtlılar çempionatda 25 və daha çox qələbə qazanan 31-ci komandadı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər