“Sumqayıt”dan 350-ci qol

“Sumqayıt”dan 350-ci qol

“Sumqayıt” Azərbaycan çempionatlarında 350-ci qolu vurub.

Fanat.Az xəbər verir ki, yubiley Misli Premyer Liqasının IV turuna təsadüf edib.

“Gənclik şəhəri” təmsilçisi səfərdə “Araz-Naxçıvan”la qarşılaşıb. 1:1 hesabı ilə başa çatan görüşdə fərqlənən Rövlan Muradov komandasının ölkə çempionatlarında 350-ci qolunun müəllifi olub.

Bu top 367-ci matça təsadüf edib. Sumqayıtın eyniadlı komandasının orta məhsuldarlığı 0,95-dir. 350 qoldan 181-i evdə, 169-u səfərdə vurulub.

Qeyd edək ki, “Sumqayıt” ilk qolunu 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər matçında rəqib qapısından keçirib. 1:2 hesabı ilə uduzan “Gənclik şəhəri” təmsilçisinin heyətində Eşqin Quliyev fərqlənib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər