Sumqayıtda stadionun yerində göydələn tikirlər? -FOTOLAR

Sumqayıtda stadionun yerində göydələn tikirlər? -FOTOLAR

Sumqayıt şəhəri 10-cu mikrorayonun sakinləri "Qafqazinfo” ya müraciət edib. Onlar bildirib ki, yaşadıqları mikrorayonda 24 saylı məktəbin qarşısında böyük bir ərazi hasara alınıb.

 

Məsələnin bizim üçün diqqət çəkən məqamı odu ki, hasara alınan ərazidə uşaq meydançası, ağaclıq və avtomobil dayanacağı ilə yanaşı stadion da var.

 

Sakinlərə hasarlanmanın səbəbi haqqında heç bir informasiya verilmir. Maraqlıdı, görəsən bu stadionun da yerində göydələn tikəcəklər? 

 

Qeyd edək ki, buna qədər Sumqayıtda bir vaxtlar bir çox məhəllə, məktəblər arası çempionatların keçirildi 5 və 16 nömrəli məktəblərin stadionlarının yerində hündürmərtəbəli binalar tikilmişdi. Hətta 16 nömrəli məktəbin idman müəllimi bu hadisəyə dözə bilməyərək dünyasını dəyişmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər