“Sumqayıt”da legioner müdafiəçi

“Sumqayıt”da legioner müdafiəçi

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu ilə anlaşıb.

Fanat.Az xəbər verir ki, sözügedən klub son mövsümü İsrailin “Bney Saxnin” komandasında çıxış etmiş Fil Dişi Sahilindən olan futbolçu Abu Dosso ilə 1+1 illik müqavilə imzalayıb.

27 yaşlı cinah müdafiəçisi 12 nömrəli formada çıxış edəcək.

Dosso peşəkar karyerası ərzində İsrailin “Rişon Lezion”, “Hapoel” (Təl-Əviv) və “Bney Saxnin” klublarında çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər