"Sumqayıt" "Zirə" ilə oyuna tam heyətlə çıxa biləcəkmi? - AÇIQLAMA

"Sumqayıt" "Zirə" ilə oyuna tam heyətlə çıxa biləcəkmi? - AÇIQLAMA

Misli Premyer Liqasının 30-cu turu çərçivəsində bu gün keçiriləcək "Sumqayıt" - "Zirə" oyununa Samir Abasovun komandası tam heyətlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:

"Uzun müddətə sıradan çıxmış Kristian Velinovskini nəzərə almasaq, heyətdə zədəli və cəzalı futbolçu yoxdur. Bildiyiniz kimi məşqçimiz Seymur Rəhimov da cəza səbəbindən "Zirə" ilə oyunda texniki zonada olmayacaq".

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq "Sumqayıt" - "Zirə" matçında ədaləti Tural Qurbanovun başçılıq etdiyi hakimlər briqadası qoruyacaq. Görüş 19:00-da start götürəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər