"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Misli Premyer Liqasının XXXI turunda "Turan Tovuz"un qonağı olacaq "Sumqayıt"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.

Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:

"Ayağı sındığı üçün uzun müddətə sıradan çıxan Kristian Velinovskini nəzərə almasaq, başqa zədəlimiz yoxdur. Kasimir Ninqa isə sarı vərəqə limiti dolduğu üçün oyunu kənardan izləyəcək".

Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" matçı aprelin 19-da Tovuz şəhər stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti 16:30-da səslənəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər