"Sumqayıt" "Sabaha"la matça neçə itki ilə çıxacaq? 

"Sumqayıt" "Sabaha"la matça neçə itki ilə çıxacaq? 

Misli Premyer Liqasının 10-cu turunda "Sabah"ın qonağı olacaq "Sumqayıt" "bayquşlar"la matçın hazırlıqlarını davam etdirir.

"Kimyaçılar"ın sözçüsü Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, zədə səbəbindən ötən tur "Kəpəz"ə qarşı (1:0) oynaya bilməyən qapıçı Mehdi Cənnətov problemi geridə qoyub.

Klub rəsmisi qolkiperin komanda ilə birlikdə məşq etdiyini və onun meydana çıxıb-çıxmayacağının baş məşqçi Samir Abasovun qərarından asılı olacağını bildirib. Xudiyev cəzalı futbolçusu olmayan Sumqayıt təmsilçisinin qarşıdakı oyununu yalnız Kristian Velinovskinin buraxacağını vurğulayıb. Şimali makedoniyalı yarımmüdafiəçinin zədə üzündən çalışmalara qatılmadığı diqqətə çatdırılıb.

Qeyd edək ki, "Sabah" - "Sumqayıt" qarşılaşması oktyabrın 21-də keçiriləcək. Matçın start fiti saat 18:00-da səsləndiriləcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər