"Sumqayıt" - "Neftçi" matçında mövsümün rekordu qeydə alındı

"Sumqayıt" - "Neftçi" matçında mövsümün rekordu qeydə alındı

Misli Premyer Liqasının XXI turunda keçirilmiş "Sumqayıt" - "Neftçi" matçını 8100 azarkeş tribunadan izləyib.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur.

Bunadək rekord X turun “Turan Tovuz” - “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 tamaşaçı izləyib.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. Bu, arenada yenidənqurmadan sonra ilk qarşılaşma olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər