"Sumqayıt" liderlə oyuna neçə itki ilə çıxacaq?

"Sumqayıt" liderlə oyuna neçə itki ilə çıxacaq?

"Sumqayıt" Misli Premyer Liqasının 14-cü turunda lider "Zirə"yə qarşı keçirəcəyi oyunda tam heyətlə iştirak edə bilməyəcək. 

Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar" ın mətbuat katibi Zaur Xudiyev deyib:

"Cəzalı oyunçumuz yoxdur. Zədəlilərdən isə Kasimir Ninqa və İsa Suliman üçün mövsümün ilk yarısı başa çatıb. Sonuncu iki oyunu buraxan Manteka Oktavionun vəziyyətinə isə oyuna yaxın günlərdə aydınlıq gələcək"

Qeyd edək ki, "Sumqayıt "-  Zirə" qarşılaşması noyabrın 26-da keçiriləcək.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər