"Sumqayıt" "Kəpəz"lə oyundan öncə onu itirdi - AÇIQLAMA

"Sumqayıt" "Kəpəz"lə oyundan öncə onu itirdi - AÇIQLAMA

Misli Premyer Liqasının 33-cü turunda "Sumqayıt" Tovuzda "Kəpəz"lə qarşılaşacaq. "Kimyaçılar" görüşə itkilərlə çıxacaq. 

Bunu Fanat.Az-a açıqlamasında "Gənclik şəhəri" təmsilçisinin sözçüsü Zaur Xudiyev deyib:

"Cəzalı futbolçumuz yoxdur. Zədəlilərə gəlincə, uzun müddətə sıradan çıxmış Kristian Velinovskinin durumunu bilirsiz. Onunla yanaşı, Kamran Quliyev də "Kəpəz"lə matçda komandaya kömək etməyəcək. O, məşqdə xəsarət aldı. Qapı dirəyinə dəyərək dizindən zədələndi. Ağrıları olduğu üçün Tovuza aparılmadı".

Qeyd edək ki, sabah reallaşacaq "Sumqayıt" - "Kəpəz" qarşılaşması saat 16:30-da start götürəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər