"Sumqayıt" "Gəncə"yə qalib gəldi

"Sumqayıt" "Gəncə"yə qalib gəldi

Azərbaycan Basketbol Liqasında IX turun daha bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində ev sahibi komanda “Gəncə” ilə qarşılaşıb.

Görüş “Sumqayıt”ın 95:88 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “Sumqayıt”da Smit Roderik (18 xal, 11 ribaund), “Gəncə”də isə Culs Mur (22 xal, 4 ribaund) olublar.

Qeyd edək ki, hazırda hər iki komandanın hesabında 12 xal var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər