"Sumqayıt" azarkeşlərinə görə cərimələndi

"Sumqayıt" azarkeşlərinə görə cərimələndi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXII turunun üç oyunu ilə bağlı cəzaları açıqlayıb.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə edilib.

“Sumqayıt” 800 manat cərimələnib. Buna “Qarabağ”la oyun bitdikdən sonra meydana kənar şəxslərin çıxması səbəb olub. Matçın 78-ci dəqiqəsində azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün isə "Qarabağ" klubu 800 manat cərimələnib.

“Zirə” – “Araz-Naxçıvan” görüşündə futbolçuları tərəfindən texniki zonanın dam örtüyünə vurulan zərəri qonaq komanda ödəyəcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər