“Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub yola saldı

“Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub yola saldı

Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə bir oyun baş tutub.

Günün yeganə oyunu “Sumqayıt”la “Araz-Naxçıvan” arasında keçirilib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Neftçi”yə, “Sabah” “Zirə”yə 0:1, “Kəpəz” isə “Qarabağ”a 1:6 hesabıyla uduzub. “Səbail” - “Turan Tovuz” matçında qalib müəyyənləşməyib – 1:1.

Misli Premyer Liqası 28-ci tur 31 mart

Sumqayıt - Araz Naxçıvan 1:0 Qol: Kazimir Ninqa, 7-pen. Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi   “Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 8. İsmail Azzaui

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər