Suaresin “İnter Mayami”yə keçidi rəsmiləşdi

Suaresin “İnter Mayami”yə keçidi rəsmiləşdi

Dekabrın sonunda “Qremio” ilə müqaviləsi başa çatacaq uruqvaylı mərkəz hücumçusu Luis Suares MLS təmsilçisi “İnter Mayami”yə keçib.

Fanat.Az xəbər verir ki, bu barədə ABŞ klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

36 yaşlı veteran futbolçu ilə bir 1 illik müddətə müqavilə imzalanıb.

Xatırladaq ki, Suaresin “Barselona”dakı keçmiş komanda yoldaşlarından bir neçəsi - Lionel Messi, Jordi Alba və Serxio Buskets “İnter Mayami”də çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər