Stolüstü tennisçimiz Portuqaliyada medal qazandı

Stolüstü tennisçimiz Portuqaliyada medal qazandı

Azərbaycanın stolüstü tennisçisi Adil Əhmədzadə Portuqaliyada keçirilən "WTT Youth Contender Vila Real 2023" turnirində uğurla çıxış edib.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, qrup mərhələsində Portuqaliya və İspaniya təmsilçilərini üstələyən 14 yaşlı idmançı ardınca Polşa, Peru və Ruminiyadan olan rəqiblərinə qalib gələrək yarımfinala adlayıb.

Finalın bir addımlığında italiyalı rəqibinə uduzan Əhmədzadə bürünc mükafata layiq görülüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər