"Tottenhem"in sahibi Deniel Levi komandanın kapitanı Harri Keyn barədə danışıb.
Fanat.Az xəbər verir ki, "The Cambridge Union" onun dediklərini belə çatdırıb:
"Əminəm ki, Harri Keyn "Tottenhem"də titul qazana bilər, amma əfsanə olmaq da vacibdir. O, "Tottenhem"in ən yaxşı bombardiridir. Harri tarix yazır. Ümid edirəm ki, bir gün stadionun yanında Keynin heykəli olacaq".
Qeyd edək ki, Keynin "Tottenhem"lə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Nihat