Sponsor "İnter Mayami"yə sərmayəni bu qədər artırdı - Messiyə görə

Sponsor "İnter Mayami"yə sərmayəni bu qədər artırdı - Messiyə görə

Amerika şirkəti "Ares" argentinalı Lionel Messinin gəlişindən sonra "İnter Mayami"yə əlavə 75 milyon dollar sərmayə qoyur.

Fanat.Az xəbər verir ki, informasiyanı "Bloomberg" yayıb. 

Xəbərə görə, bu pullar tikilməkdə olan stadionun inkişafına və klubun fəaliyyətinin digər sahələrinə gedəcək. "Ares" 2021-ci ildən bəri "İnter Mayami"yə 225 milyon dollar sərmayə qoyub.

Messinin transferindən sonra “İnter Mayami” ardıcıl üç qələbə qazanıb, “Barselona” və PSJ-nin keçmiş futbolçusu isə bu görüşlərdə 5 qol vurub.

"Ares" həmçinin, "Atletiko Madrid", "Krystal Palas" və "Olimpik Lyon"a da sərmayə qoyur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər