"Sonradan hesabı bərabərləşdirsək də..." - "Sumqayıt"ın legioneri 

"Sonradan hesabı bərabərləşdirsək də..." - "Sumqayıt"ın legioneri 

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi"nin qonağı olan "Sumqayıt" evdə 2:3 hesabı ilə uduzduğu rəqibi ilə heç-heçəyə razılaşaraq (1:1) mübarizəni dayandırdı.

"Kimyaçılar"ın müdafiəçisi İsa Suliman oyundan sonra fikirlərini Fanat.Az-a bölüşdü.

"Çətin oyun oldu. Çünki hesabda geri düşmüşdük. Sonradan hesabı bərabərləşdirsək də, mərhələni adlayan tərəf rəqib oldu. Ancaq istənilən halda, yaxşı mübarizə apardıq. Diqqətimizi çempionat oyunlarına yönəldəcəyik".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər