Slutskinin komandasından Asiya Çempionlar Liqasında ardıcıl 3-cü məğlubiyyət

Slutskinin komandasından Asiya Çempionlar Liqasında ardıcıl 3-cü məğlubiyyət

Bu gün Asiya Çempionlar Liqasının 7-ci turu çərçivəsində tanınmış rusiyalı mütəxəssis Leonid Slutskinin çalışdırdığı Çin təmsilçisi "Şanxay Şenxua" səfərdə Yaponiyanın "İokoqama F. Marinos" komandası ilə üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qola matçın 20-ci dəqiqəsində İan imza atıb.

Bu Slutskinin komandasının Asiya Çempionlar Liqasında ardıcıl 3-cü məğlubiyyəti olub. Hazırda 6 xalı olan "Şanxay Şenxua" sözügedən yarışın turnir cədvəlində 10-cu pillədə mövqe tutub. Çin klubu növbəti mərhələyə adlamaq üçün 8 ən yaxşı iştirakçı arasında yer almalıdır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər