Slot "Liverpul"un autsayderə məğlubiyyətinin səbəbini belə izah etdi

Slot "Liverpul"un autsayderə məğlubiyyətinin səbəbini belə izah etdi

İngiltərə Premyer Liqasının (İPL) 29-cu turunda "Vulverhempton"a qonaq qismində 1:2 hesabı ilə uduzan "Liverpul"un baş məşqçisi Arne Slot məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini "NBC Sports" belə çatdırıb:

"Pis nəticədir. İlk yarıda lazım olduğundan çox uzaq göründüksə, ikinci yarıda bir qədər aktivləşdik. Qol imkanları yaratdıq, amma rəqib cərimə meydançamıza ilk dəfə girdiyi epizodda topu tordan çıxarmalı olduq. Reaksiyamız gecikmədi, bir neçə dəfə matçı qələbə ilə başa vurmaq fürsəti yaxaladıq. Lakin yekunda top bizim futbolçumuza dəyərək qapıdan keçdi. Standart vəziyyətlərdən yaxşı istifadə etsək də, realizasiya problemimiz var".

Qeyd edək ki, "Liverpul" İPL-in turnir cədvəlində 48 xalla 5-ci pillədə mövqe tutubsa, 16 xala malik "Vulverhempton" 20-ci - sonuncu yerdə qərarlaşıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər