"Şkrinyar "İnter"ə hörmətsizlik etdi"

"Şkrinyar "İnter"ə hörmətsizlik etdi"

"Şkrinyar əvvəlcə elə davrandı ki, sanki bizimlə yeni müqavilə imzalamaq istəyirdi... Sonradan isə fikrinin başqa klubda olduğu üzə çıxdı".

Fanat.Az xəbər verir ki, bunu "La Gazzetta dello Sport"a açıqlamasında "İnter"in baş direktoru Cüzeppe Marotta deyib.

Marotta bu yay Milan təmsilçisindən azad agent qismində ayrılaraq Paris təmsilçisinə qoşulan slovakiyalı müdafiəçinin "İnter"ə hörmətsizlik etdiyini söyləyib: 

"Milanın davranışından məyus oldum. O, “İnter”ə hörmətsizlik etdi. Biz Şkrinyara bir neçə həll yolu təklif etdik, o cümlədən təzminatın məbləği ilə bağlı şərti də diqqətinə çatdırdıq. Lakin o, bir qayda olaraq təkliflərimizi geri çevirdi".

Şkrinyar 2017-2023-cü cü illər aralığında "qara-göy"lərin formasını geyinib. "Transfermarkt" portalı arxa xətt oyunçusunun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər