Şimali İrlandiya - Azərbaycan oyunu bu stadionda keçiriləcək

Şimali İrlandiya - Azərbaycan oyunu bu stadionda keçiriləcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi səfər oyununun məkanı bəlli olub.

Fanat.Az xəbər verir ki, F qrupu çərçivəsində oktyabrın 12-də reallaşacaq qarşılaşma Ballimina şəhərində yerləşən “The Showgrounds” stadionunda baş tutacaq.

Görüşün başlama saatı indilik bəlli deyil.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər