"Sevilya"nın futbolçusunda koronavirus aşkarlandı - "Roma" ilə oyun ərəfəsində

"Sevilya"nın futbolçusunda koronavirus aşkarlandı - "Roma" ilə oyun ərəfəsində
Bazar günü "Sevilya"nın oyunçuları, məşqçilər heyəti və əməkdaşları koronavirus testindən keçiblər.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, əsas komandanın oyunçularından birində koronavirus aşkarlanıb. Adı açıqlanmayan futbolçu xəstəliyi simptomsuz keçirir və özünü yaxşı hiss edir.
Komanda üzvləri yenidən test veriblər. Nəticələr sabah açıqlanacaq.
"Sevilya"nın məşqləri müvəqqəti olaraq dayandırılıb və baza dezinfeksiya olunub.
Qeyd edək ki, "əndəluslar" avqustun 6-da Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Roma" ilə qarşılaşacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər